AZ

Trampın gözlənilməz addımı

Ajans.az xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Rusiya ilə bağlı sərt ritorikaya keçidi son ayların ən gözlənilməz hadisələrindən biri kimi qiymətləndirilir. Bu barədə ABŞ-ın The Hill nəşri məlumat yayıb. “Fevral ayının sonunda Tramp və vitse-prezident Cey Di Vens Ukrayna prezidenti Vladimir Zelenskini Oval kabinetdə tənqid edəndə, Moskvaya qarşı daha sərt ritorika real görünmürdü,” – deyə materialda qeyd olunur. Nəşrin yazdğına görə, Tramp həmçinin Rusiya rəhbərliyinin davranışından məyus olduğunu açıq şəkildə bəyan edib.

14 iyulda ABŞ prezidenti Rusiya və onun ticarət tərəfdaşlarına qarşı 100 faizlik tariflər tətbiq etməklə hədələyib. O bildirib ki, əgər 50 gün ərzində Ukrayna ilə bağlı sülh razılaşması əldə olunmasa, bu addımı atacaq. Daha sonra o, bu müddəti 10–12 günə endirib. Bununla belə, Tramp yeni ultimatum irəli sürdükdən sonra vaxt bitdikdən sonra Rusiyaya qarşı hansı konkret tədbirləri görəcəyini dəqiq açıqlamayıb.

Seçilən
0
Ajans.az

1Mənbələr