AZ

İbrahim Tatlısəstən qızına reaksiya: “Bəs Məni Tanımırdı?”

Dilan Çıtak Bodrumda yol polisi tərəfindən edilən “dayan” xəbərdarlığına məhəl qoymayaraq maşınını polis əməkdaşının üzərinə sürüb. Bu hərəkətindən sonra saxlanılan Çıtak, məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Baş verən hadisələrdən sonra atası İbrahim Tatlısəs mövzu ilə bağlı ilk dəfə danışıb.

News365.az xəbər verir ki, Dilan Çıtak Tatlısəsin Bodrumda yol polisi əməkdaşlarının dayan əmrinə tabe olmaması bir müddət öncə gündəm olmuşdu.

Sosial şəbəkədə etdiyi açıqlamada Dilan Çıtak hadisənin bir “səhv anlaşılma” olduğunu bildirib. Daha öncə isə o, sosial media hesabından “Tatlısəs” soyadını silmiş və onu böyüdən şəxsi “gerçək atam” kimi təqdim etmişdi.

Baş verənlərdən sonra hər kəsin maraqla gözlədiyi açıqlama isə ata İbrahim Tatlısəsdən gəlib. Tatlısəs, daha öncə onu qəbul etməyən qızının indi “Mən İbrahim Tatlısəsin qızıyam” deməsinə işarə edərək belə deyib:
“Bəs məni qəbul etmirdi?”

Məşhur sənətçi eyni zamanda dodaqlarına fermuar çəkmə hərəkəti edərək qısa, amma diqqətçəkən bir şərh də verib.

Hadisənin əks-sədası davam edərkən, Tatlısəs ailəsində yaşanan bu gərginlik ictimaiyyətin müzakirə mövzusu olmağa davam edir.

News365.az 

Seçilən
0
news365.az

1Mənbələr