AZ

İnstaqramda yeni funksiya: Harada olduğunuz avtomatik göstəriləcək - FOTO

İnstaqramda aktiv edilən yeni funksiya sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, tətbiqdə edilən yenilənmə ilə artıq istifadəçilərin cari yerlərini görmək mümkün olacaq.

İnstaqramın yeni “Dünya xəritəsi” vasitəsilə tətbiqi hər dəfə açdığınız zaman bütün izləyicilərinizə yerinizi dərhal göstərir.

Daha maraqlısı odur ki, bu funksiya bütün istifadəçilər üçün standart olaraq aktivdir. Bu o deməkdir ki, siz telefonunuzda yerin izlənilməsini aktivləşdirsəniz, instaqram da bu yeni funksiya vasitəsilə yer məlumatlarınızdan birbaşa istifadə edəcək.

Bu funksiyanı necə deaktiv etmək olar?

1. İnstaqram profilinizin yuxarı sağ küncündəki üç tire işarəsinə toxunun.
2. "Hekayə, Canlı Yayım və Məkan" seçimini edin.
3. "Məkan Paylaşımı" seçimini edin.
4. Bu ekrandakı seçimlərdən "Heç kim"i seçərək funksiyanı tamamilə söndürə bilərsiniz.

“Heç kim əvəzinə "İzlədiyiniz izləyicilər" və ya "Yaxın Dostları" seçərək yer məlumatlarınızı müəyyən qrup üçün aktiv etməyi seçə bilərsiniz. 

Bu funksiyanı aktiv etsəniz, instaqramı hər açdığınız zaman məkanınız dərhal yenilənəcək.

Proqramı 24 saat ərzində açmasanız, yox olacaq.

Billurə

Seçilən
1
1
olke.az

2Mənbələr