Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası uzun illərdir ki, müəllimlərin, həkimlərin və digər peşə sahiblərinin əməkhaqqından müəyyən məbləğdə vəsait tutur. Qurum bu vəsaitlərin əvəzində tətil, sanatoriya və digər sosial xərclərin qarşılanacağını vəd edir. Lakin son dövrlər bu istiqamətdə ciddi narazılıqlar müşahidə olunur.
Maraqlıdır, müəllimlərin maaşından tutulan vəsait konkret olaraq hansı istiqamətlərə yönəldilir?
Tətbiq edilən onlayn müraciət sistemi ilə bağlı nə qədər müraciət qəbul olunub və bunlardan neçə nəfər müsbət cavab alıb? Rədd cavabının səbəbi nədir?
MİA.AZ