AZ

CARCAS da Hacıqabul Quşçuluq şirkəti ilə əməkdaşlıq memorandumu imzalanıb

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

26 iyul 2025-ci il tarixində CARCAS - Xəzəryanı Ölkələrinin Aqrar Tədqiqatlar Mərkəzində Cənubi Qafqazın lider toyuq yumurtası istehsalçısı olan "Hacıqabul Quşçuluq" şirkəti ilə əməkdaşlıq haqqında memorandum imzalanıb.

Əməkdaşlıq davamlı kənd təsərrüfatı sahəsində geniş istiqamətləri əhatə edir və quş peyininin emal olunaraq orqanik komposta (gübrəyə) çevrilməsi üzrə innovativ həllərin hazırlanması və tətbiqini nəzərdə tutulur. Biotermik kompostlaşdırma nəticəsində əldə olunan məhsul, torpağı zənginləşdirən və onun aqrobioloji balansını bərpa edən ekoloji təmiz gübrə kimi istifadə ediləcək.

Layihə çərçivəsində aşağıdakı elmi-praktiki fəaliyyətlər həyata keçiriləcək:

1. Kompostun aqrokimyəvi tərkibi nəzərə alınmaqla torpağın qida maddələri üzrə standartlarının işlənib hazırlanması;

2. Torpaq tiplərinə və aqroiqlim zonalarına uyğun olaraq orqanik gübrələrin verilmə normalarının müəyyənləşdirilməsi;

3. Rütubət, pH, fosfor və karbon göstəricilərini nəzərə almaqla kompostlaşdırmanın optimal şəraitinin və nisbətlərinin modelləşdirilməsi;

4. Azərbaycanın kənd təsərrüfatına uyğun olan ərazilərində, xüsusilə deqradasiyaya uğramış və tükənmiş torpaqlara prioritet yanaşmaqla orqanik zənginləşdirməyə ehtiyacı olan sahələrin xəritəsinin hazırlanması.

Bu fəaliyyətlər "Black Terra" layihə strategiyaları çərçivəsində həyata keçiriləcək və region üzrə torpaq balansının genişmiqyaslı bərpası və sağlamlaşdırılmasına yönələcək.

Bu cür elmi və istehsal inteqrasiya torpaqların məqsədyönlü bərpasını, kimyəvi gübrələrdən asılılığın azalmasını və aqrolandşaftların bioloji potensialının dirçəlməsini təmin edəcək.

Layihənin həyata keçirilməsi gələcəkdə bu texnologiyanın regionda geniş şəkildə tətbiqi üçün möhkəm əsas yaradacaq və dayanıqlı aqroekoloji transformasiyanın nümunəsi olacaq.

Əməkdaşlıq çərçivəsində yaxın zamanda texniki parametrlərin müəyyənləşdirilməsi və sahə tədqiqatları üçün Hacıqabula işçi qrupunun səfəri də nəzərdə tutulur.

"Biz sadəcə tullantıları emal etmirik - biz torpağa həyat qaytarırıq. Bu yanaşma - elmi əsaslara söykənən, ekoloji baxımdan məsuliyyətli aqrar gələcək modelidir", - deyə CARCAS Mərkəzinin Müşahidə Şurasının sədri Rifat Sultan-zadə bildirib.

Qeyd olunmalıdır ki, layihə BMT-nin Davamlı İnkişaf Məqsədlərinin bir neçəsinin reallaşmasına da töhfə verir. Bunlara DİM 2 (Aclığın aradan qaldırılması), DİM 12 (Məsuliyyətli istehlak və istehsal) və DİM 13 (İqlim dəyişikliyi ilə mübarizə) daxildir.

View this post on Instagram

A post shared by Carcas (@carcascenter)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
oxu.az

4Mənbələr