AZ

Tramp bunu bizə diktə edə bilməz - Medvedyev

Danışıqlar masasına nə vaxt keçməyi nə siz, nə də Tramp diktə edə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev amerikalı senator Lindsi Qremə cavab verərkən deyib.

“Danışıqlar o zaman başa çatacaq ki, bizim hərbi əməliyyatımızın bütün məqsədləri əldə olunsun. Əvvəlcə Amerika üçün işləyin, babalar!”, - o bildirib.

Qeyd edək ki, dünən Dmitri Medvedyev özünün X səhifəsində ABŞ Prezidenti Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı. Amerikalı senator Lindsi Qrem isə Medvedyevin tvitinə “Rusiyada Prezident Trampın Rusiya ilə Ukrayna arasında axan qanı dayandırmaqda ciddi olmadığını düşünənlərə: Siz və müştəriləriniz çox yanılmaq üzrəsiniz. Siz də tezliklə görəcəksiniz ki, Co Bayden artıq prezident deyil”, - cavabını yazmışdı.

Seçilən
0
2
axar.az

3Mənbələr