AZ

“Zirə” Sumanın transferindən nə qədər qazanıb?

Salifu Sumanın “Zirə”dən İsveçin “Malmö” klubuna keçidinin detalları müəyyənləşib.

Bizim.Media İsveç mətbuatına istinadən xəbər verir ki, transfer “Malmö”yə 15 milyon krona başa gəlib.

Bu isə 1 milyon 345 min avro deməkdir. Qvineya millisinin hücumçusu özü yeni komandası ilə 4,5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Salifu Suma “Zirə”yə 2023-cü ilin yayında Fransanın “Havr” klubundan keçmişdi. O vaxt bağlanan müqavilədəki bəndə görə “Zirə” bu satışdan əldə etdiyi qazancın təxminən 20 faizini məhz “Havr”a ödəyəcək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr