“Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva ölkədə aparılan sosial islahatlarla bağlı fikirlərini bölüşüb.
QHT.az xəbər verir ki, İctimai Birliyin sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl sosial siyasət pensiya sisteminin təkmilləşdirilməsinə və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə şərait yaradıb. Onun sözlərinə görə, 5-ci sosial islahat paketi çərçivəsində digər sosial ödənişlərlə yanaşı, pensiyalarda da növbəti artımlar edilib. Minimum pensiya 280 manatdan 40 manat (14,3 faiz) artırılaraq 320 manata çatdırılıb və artıq ölkədə minimum pensiya məbləği bu rəqəmdən aşağı deyil:
"Vətəndaşın pensiya artımları artıq heç bir sənəd təqdim etmədən elektron sistem üzərindən avtomatik qaydada həyata keçirilir. 2018-ci ildən ötən dövrdə aparılan sosial islahatlar nəticəsində minimum pensiya 3 dəfəyədək,orta aylıq pensiya 2,6 dəfə artıb.Buda əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə dəstək verir."
Pərvanə Fərhadqızı