XXI əsrdə müharibələr yalnız səngərdə deyil, göy üzündə də aparılır. Bu gün döyüşlərin taleyi hava məkanında - radar görünməzliyinə malik, süni intellektlə yönləndirilən, saniyələrlə hərəkət edən döyüş təyyarələri ilə həll olunur. Müasir hərbi texnologiyalar o qədər inkişaf edib ki, artıq bir döyüş təyyarəsinin qiyməti bəzən kiçik ölkələrin illik müdafiə büdcəsini üstələyir.
Valyuta.az xəbər verir ki, dünyanın ən bahalı döyüş təyyarələrinin qiyməti yüz milyonlarla, hətta milyardlarla dollarla ölçülür. Hər bir təyyarənin arxasında illərlə tədqiqat, minlərlə mühəndisin əməyi və milyardlarla dollar yatırımı dayanır. Bəs bu texnoloji əfsanələr hansılardır? Dünyanın ən bahalı döyüş təyyarələri hansılardır?
1.B-2 Sipirit
ABŞ istehsalı olan radara görünməz strateji bombardmançı təyyarədir. O, nüvə və adi bombalar daşımaq qabiliyyətinə malikdir və uzun məsafəli gizli hücumlar üçün nəzərdə tutulub. Təxminən 2.1 milyard dollarlıq qiyməti ilə dünyanın ən bahalı hərbi təyyarəsidir. Maksimum təxminən 1.010 km/saat sürətlə uçur. Təxminən 20 saat havada qala bilir. Qitələr arası məsafələri qət edə bilir.
2. F-22 Raptor
ABŞ istehsalı olan beşinci nəsil radara görünməz, çoxfunksiyalı döyüş təyyarəsidir. Maksimum sürəti təxminən 2.414 km/saat, havada qalma müddəti isə təxminən 3 saatdır. Təxminən 150-250 milyon dollar dəyərində olan bu təyyarə yalnız ABŞ Hərbi Hava Qüvvələrində istifadə olunur və ixracı qadağandır. Onun əsas üstünlükləri yüksək manevr qabiliyyəti, radar sistemlərindən yayınma bacarığı və həm hava-hava, həm də hava-yer hücum imkanlarıdır.
3. Eurofighter Typhoon
Avropa ölkələrinin birgə istehsalı olan dördüncü nəsil çoxfunksiyalı döyüş təyyarəsidir. Onun maksimum sürəti təxminən 2.495 km/saat, havada qalma müddəti isə təxminən 3 saatdır. Təyyarənin dəyəri 100–150 milyon dollar arasında dəyişir. Əsas üstünlükləri yüksək manevr qabiliyyəti, eyni anda çoxsaylı hədəfləri izləmə və vurma bacarığı, həm hava-hava, həm də hava-yer hücumlarında effektivliyidir.
4. Dassault Rafale
Fransada istehsal olunan çoxfunksiyalı döyüş təyyarəsidir və həm hava-hava, həm də hava-yer əməliyyatlarında effektivdir. Maksimum sürəti təxminən 1,912 km/saat, havada qalma müddəti isə təxminən 3,5 saatdır. Təyyarənin qiyməti 100-130 milyon dollar arasında dəyişir. Onun əsas üstünlükləri yüksək manevr qabiliyyəti, qabaqcıl avionika sistemi və çoxşaxəli silah yükləmə imkanlarıdır.
5. Chengdu J-20
Çin istehsalı olan beşinci nəsil radara görünməz çoxfunksiyalı döyüş təyyarəsidir. Maksimum sürəti təxminən 2,100 km/saat, havada qalma müddəti isə 3 saatdan çoxdur. Təyyarə uzun mənzilli hava-hava raketləri və qabaqcıl avionika sistemi ilə təchiz olunub. Əsas xüsusiyyətləri radar görünməzliyi, yüksək manevr qabiliyyəti və uzaq məsafədən hədəf vurmaq bacarığıdır. Təyyarənin qiyməti təxminən 70-120 milyon dollar arasında dəyişir.
6. F-16 Fighting Falcon
ABŞ istehsalı olan çoxfunksiyalı döyüş təyyarəsidir və dünyanın ən geniş yayılmış qırıcısıdır. Maksimum sürəti təxminən 2,400 km/saat, havada qalma müddəti isə 4 saatdan çoxdur. Təyyarənin qiyməti model və təchizata görə dəyişir, adətən 30-70 milyon dollar arasında olur. F-16 yüksək manevr qabiliyyəti, çoxşaxəli silah yükləmə imkanı və nisbətən sərfəli qiyməti ilə tanınır və 25-dən çox ölkədə istifadə edilir.
Tənzilə Ağabalayeva