Avstraliyanın Makkuori adasının sahillərində 6,9 maqnitudada zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 144 000 nəfərin yaşadığı Yeni Zelandiyanın Danidin şəhərindən təqribən 1 598 km cənub-qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.