Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətində yerləşən cəzaçəkmə müəssisəsinə endirdiyi raket zərbələri nəticəsində 16 nəfər həlak olub, 35 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Milli.Az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
Məlumata görə, vilayətin Hərbi Administrasiyasının rəhbəri İvan Fyodorov hadisənin gecə saatlarında baş verdiyini deyib.
"Hadisə gecə saatlarında baş verib. Yaralılara zəruri tibbi yardım göstərilir. Hücum nəticəsində müəssisənin ərazisindəki tikililər və yaxınlıqdakı yaşayış evlərinə də ziyan dəyib", - deyə o qeyd edib.
Kənan
Milli.Az