AZ

Nura Suri: “Haqsızlığa susduğunuz üçün...”

ain.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Bizim millət kimi hər şeyə bir mız qoyan yoxdur”.  

“Cebheinfo.az” xəbər verir ki, bu sözləri məşhur müğənni Nura Suri “Facebook” hesabında yazıb.

O, fikirlərini belə əsaslandırıb:

“Biri düzgün cümlələr quranda, adekvat fikir bildirəndə, deyirlər ki, bu da özünü ağıllı göstərir. İnsan  danışanda, ya da yazanda, sizin ağlınıza ilk “ağıllı görünmək” fikri gəlirsə, o, özünü elə göstərmir. 

Əslində ağıllıdır və sizi narahat etməmək üçün axmaq kimi davranması da mümkün deyil.  Əgər biri haqsızlığa susmursa, "bu da bilmir necə gündəmdə qalsın, başı gedib” kimi fikirlər sizin özünüzə aiddir”. 

Sənətçi sözlərinə belə davam edib:

“Çünki qorxaq və ikiüzlülüyünüzü dərk edirsiniz və haqsızlığa susduğunuz üçün bunu etməyənləri əzməklə özünüzə təsəlli verirsiniz.  Vallah, ağlı başında adam sizin yazdığınız şərhlərdən sonra mənim kimi "panik atak" olub insanlardan uzaqlaşmaq istəyir. 

Bir çürük meyvəni saf meyvələrlə bir qaba qoysaz, hamısını yavaş-yavaş çürüdür. Mən də çürüməmək üçün çoxunuzdan və çoxluqdan qaçıram. Mənim fobiyam məni qorumaq üçün yaranıb. Yoluxmaq istəmirəm”.

Aslan

“Cebheinfo.az”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
cebheinfo.az

3Mənbələr