AZ

Uesli Fransa “Roma”da

Futbol üzrə Braziliya millisinin və “Flamenqo”nun sağ cinah müdafiəçisi Uesli Fransa bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

21 yaşlı futbolçunun transferi “canavarlar”a 25 milyon avroya başa gəlib. Müdafiəçi yeni klubu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə bağlayıb.

Uesli Fransa Braziliyanın “Atletiko Tubarao” klubunun yetirməsidir. O, 2021-ci ildən “Flamenqo”nun uğurları üçün çalışırdı. Müdafiəçi “Flamenqo”nun heyətində meydana çıxdığı 136 oyunda 4 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Uesli bu ilin mart ayında Braziliya millisində debüt edib. O, yığmanın heyətində keçirdiyi 2 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
1
arena.az

1Mənbələr