Xarici işlər nazirinin müavini Araz Əzimovla İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, bu barədə İSNA məlumat yayıb.
Görüşdə ikitərəfli əlaqələrin mövcud durumu, habelə bir sıra regional və qlobal məsələlər nəzərdən keçirilib.
Səfir iki ölkə arasındakı əlaqələrin dostluq və qardaşlıq prinsiplərinə söykənərək inkişaf etdiyini diqqətə çatdırıb.