AZ

Şimali Koreyadan Tramp bəyanatı: Münaqişə istəmirik, nüvə statusumuzu tanıyın!

Şimali Koreya ABŞ prezidenti Donald Tramp və onun nüvə proqramı ilə bağlı bəyanat yayıb.

Turkustan.az xəbər verir ki, Şimali Koreya xəbər agentliyi KCNA-nın məlumatına görə, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq nüvə dövləti statusunun inkar edilməsinin qəbuledilməz olduğunu bildirib.

Açıqlamada ABŞ-la dialoqun sadəcə bir arzu olduğu ifadə edilərkən, Şimali Koreya lideri Kim Çen In ilə ABŞ prezidenti Donald Tramp arasında ikitərəfli münasibətlərin pis olmadığı vurğulanıb.

Bəyanatda bildirilib ki, dəyişən reallıq qəbul edilməzsə, ABŞ-Şimali Koreya danışıqları sadəcə bir ümid olaraq qalacaq.

Şimali Koreya da açıqlamasında ABŞ-la münaqişəyə girməyin hər iki ölkənin marağında olmayacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr