AZ

Bülent Ersoy 16 min tl-lik borcunu geri istədi: “Bu gecə hesabımda olacaq!”- FOTOLAR

Müğənni Bülent Ersoy sosial media hesabında etdiyi paylaşımda, 16 min lirəlik borcunun qaytarılmadığını bildirib və pul verdiyi şəxsi ifşa edib.

News365.az xəbər verir ki, Türk Sanat Musiqisinin "diva" ləqəbli sənətçisi Bülent Ersoy sosial media hesabından izləyicilərini təəccübləndirən bir paylaşım edib.

Ersoy paylaşımında bir istifadəçiyə insani duyğularla yardım məqsədilə pul göndərdiyini, lakin həmin pulu geri ala bilmədiyini qeyd edərək belə deyib:

"Hörmətli cənab Berkay Tuncer, dekontlarla da sübut olunduğu kimi, sizin istəyinizlə sizə göndərilmiş bu pulları bu gecə təcili olaraq hesabıma geri göndərəcəksiniz. Məndən yalvararaq istədiyiniz, 'yoxsa faizlə tefeci (qeyri-rəsmi kreditçi) tapıb alacağam' deyə söylədiyiniz bu 16 min TL-ni, yalnız insani hisslərimlə sizə acıdığım üçün göndərmişdim — bu pul bu gecə hesabıma köçürüləcək."

Ersoy bu sözləri paylaşdıqdan sonra 16 min TL ödədiyinə dair bank köçürmə qəbzlərini də izləyiciləri ilə bölüşüb. Söz konusu ifadələr sosial mediada tez bir zamanda gündəm olduqdan sonra paylaşım Bülent Ersoyun rəsmi hesabından silinib.

News365.az


Seçilən
1
news365.az

1Mənbələr