AZ

Ukrayna gecə saatlarında Rusiyanın dəmiryolu stansiyasına hücum edib – VİDEO

Ukrayna Silahlı Qüvvələri gecə saatlarında dronlarla Rusiyanın cənubunda yerləşən Rostov vilayətindəki Salsk dəmiryolu stansiyasına hücum edib.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mənbələri və yerli informasiya resursları məlumat yayıb.

Hücum nəticəsində yük qatarının sistern (yanacaq çəni) vaqonlarından biri alovlanıb, həmçinin dəmiryolu stansiyasının bəzi texniki qurğularına ziyan dəyib. Yanğının böyüməsinin qarşısını almaq üçün hadisə yerinə yanğınsöndürənlər və fövqəladə hallar xidməti cəlb olunub.

Rəsmi mənbələr hadisə zamanı ölən və ya xəsarət alanlar barədə hələlik açıqlama verməyib.

Qeyd olunur ki, son aylar ərzində Ukraynanın Rusiya dəmiryol infrastrukturuna qarşı belə hücumları mütəmadi xarakter alıb. Ekspertlərin fikrincə, bu cür hücumlar Rusiyanın cəbhəyə silah və texnika daşımalarında ciddi ləngimələrə səbəb ola bilər.

Rusiya tərəfi hələlik hücumun məsuliyyəti ilə bağlı rəsmi açıqlama yaymayıb. Ukrayna isə bu cür hücumları adətən "hərbi logistika obyektlərinə qarşı cavab tədbirləri" kimi əsaslandırır.


Bizim.Media

Seçilən
0
bizim.media

1Mənbələr