Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qviri və maliyyə naziri Betsalel Smotriçi “persona non-grata” elan edib.
“Report” xəbər verir ki, bu barədə yerli NOS kanalı Niderlandın xarici işlər naziri Kaspar Veldkampın parlamentə məktubuna istinadən məlumat yayıb.
Bildirilib ki, onların Niderlanda girişləri qadağan edilib.
Sənədə görə, B.Smotriç və İ.Ben-Qvir qanunsuz məskənlərin genişləndirilməsini israrlı şəkildə müdafiə edib və Qəzza zolağında etnik təmizləməyə çağırıblar.
Bundan əlavə, Niderland Xarici İşlər Nazirliyi İsrail səfirini çağıraraq "İsraili kursunu dəyişməyə və beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə əməl etməyə çağırmaq" niyyətindədir.