Hindistanında iki yaşlı uşaq kobra ilanını dişləyərək öldürüb.
Yenisabah.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.
Hadisə Bihar ştatının Bankatva kəndində qeydə alınıb. Uşaq evin yaxınlığında oynayarkən 90 santimetrlik kobra görüb. İlanın onun qoluna dolandığını görən uşaq sürünənin başını dişləyib. Pepperoni pizza
İlan yerindəcə ölüb, uşaq isə zəhərin bir hissəsini udduqdan sonra huşunu itirib. Qohumları onu tez bir zamanda ən yaxın tibb məntəqəsinə aparıb, daha sonra xüsusi müalicə üçün xəstəxanaya köçürüblər. Son məlumata görə, uşaq lazımi terapiya kursu keçib və tibb müəssisəsindən evə buraxılıb./"Unikal"
Telegram kanalımız