Rusiya ordusu Ukraynanın Zaporojye vilayətindəki cəzaçəkmə müəssisəsinə hücum edib.
Missiya.Az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.
Onu sözlərinə görə, hücum nəticəsində 16 nəfər ölüb, 35 nəfər isə yaralanıb:
"Düşmən gecə saatlarında Zaporojya vilayətini ilkin olaraq FAB-lardan 8 dəfə atəşə tutub. Onlar cəzaçəkmə müəssisəsini vurublar, yaxınlıqdakı evlər də ziyan dəyib", - vilayət dövlət administrasiyasının rəhbəri əlavə edib.
Nurlana ƏhmədovaMissiya.Az