AZ

Azərbaycan XİN rəhbərinin müavini İranın Bakıdakı səfiri ilə regional məsələləri müzakirə edib

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov İranın Bakıdakı səfiri Müctəba Dəmirçilu ilə görüşüb.

Missiya.Az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, regional və beynəlxalq proseslər müzakirə olunub. 

Dəmirçilu görüş zamanı İran-Azərbaycan münasibətlərinin dostluq və qardaşlıq əsasında inkişaf etdiyini bildirib. 

O, habelə, İsrailin İrana qarşı hücumlarına toxunaraq, bu kimi addımların iki ölkə arasında münasibətləri pozmaq məqsədi daşıdığını və bu təhdidlərə qarşı ayıq-sayıq olmağın vacibliyini vurğulayıb. 

Tərəflər qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın davam etdirilməsinin və münasibətlərin möhkəmləndirilməsinin önəmini qeyd ediblər.

Daşqın HəsənovMissiya.Az

 

Seçilən
12
14
missiya.az

10Mənbələr