Şəmkir rayonunda bıçaqlanma hadisəsi baş verib.
Avtosfer.az xəbər verir ki, rayon sakinləri 2005-ci il təvəllüdlü Kazım Əliyev və 1999-cu il təvəllüdlü Sübhan Əliyev bıçaq xəsarəti ilə xəstəxanaya aparılıblar.
Məlumata görə, Kazım və Sübhan əmioğludurlar.
Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Əliyevə və K.Əliyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, rayon sakini Ehtiram Hüseynov saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.