ain.az, Oxu.az saytına istinadən bildirir.
"Geely" brendinin ən son texnologiyalarla zənginləşdirilmiş "Galaxy" xəttinə aid iki yeni modeli - "Galaxy L6" və "Starship 7" rəsmi olaraq "Efendiler Group" və "Geely" Azərbaycan tərəfindən təqdim edilib.
Tədbirdə media nümayəndələri, müştərilər və avtomobilsevərlər yeni enerji dünyasının futuristik üzü ilə tanış olublar.
"Galaxy L6" - şəhər üçün ideal seçim olan "plug-in" hibrid sedanıdır. 1.5 l mühərrik və elektrik sisteminin sintezi sayəsində 0-100 km/s sürətlənməni cəmi 6.5 saniyədə tamamlayır. E-CMA platforması ilə təhlükəsizlik və səmərəlilik standartlarını yüksəldir. Tam doldurulmuş batareya ilə ümumi məsafə qətetmə qabiliyyəti 2000 km-dir.
"Starship 7" - GEA modul platformasında yaradılmış dinamik SUV-dir. İki komplektasiyada təqdim edilən bu model elektrik rejimində 80-120 km məsafə qət edə bilir. Güc, rahatlıq və ekoloji təmizlik bu avtomobildə ideal şəkildə vəhdət təşkil edir. Tam şarjla maksimum 1420 km məsafə qət edə bilir.
Hər iki modelə 4 il və ya 100 000 km rəsmi zəmanət verilir.
"Galaxy L6" modelinin satış qiyməti 38 500 AZN, "Starship 7" modelinin isə komplektasiyadan asılı olaraq 36 900 və 42 500 AZN olaraq müəyyən edilib.
Təqdimat zamanı həmçinin "Efendiler Group" tərəfindən təqdim olunacaq daxili kredit sistemi də elan olundu. Müştərilər artıq 5 270 AZN ilkin ödəniş və 1 168 AZN-dən başlayan aylıq ödənişlə Geely modellərinə sahib ola biləcəklər.
Əlavə məlumat üçün:
Tel: *2299
Ünvan: Babək pr., 35A
"Geely Galaxy" xəttinin yeni ulduzları: "Starship 7" və "Galaxy L6" Azərbaycanda təqdim olundu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.