AZ

Rusiya həbsxanaya hücum etdi: Azı 20 nəfər ölüb

Rusiya
Rusiyanın Ukraynaya qarşı gecə saatlarında həyata keçirdiyi genişmiqyaslı hava hücumları nəticəsində azı 20 nəfər həlak olub, 40-dan çox insan yaralanıb. 1news.az xəbər verir ki, bu barədə məlumatı Zaporojye və Dnepropetrovsk vilayətlərinin hərbi rəhbərləri "Telegram" üzərindən açıqlayıblar.
Zaporojye vilayətinə endirilən səkkiz hava zərbəsi nəticəsində bir həbsxana hədəf alınıb. Vilayətin Hərbi İdarə rəhbəri İvan Fedorov bildirib ki, hücum nəticəsində 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Onun sözlərinə görə, zərbələr nəticəsində binalar tamamilə dağılıb, ətraf ərazilərdəki yaşayış evlərinə ciddi ziyan dəyib. Dnepropetrovsk vilayətində də ağır nəticələrə səbəb olan hücumlar qeydə alınıb. Regional Hərbi İdarə rəhbəri Serqiy Lisak Kamyanske şəhərinə endirilən raket zərbəsi nəticəsində iki nəfərin öldüyünü, beş nəfərin isə yaralandığını bildirib. Hücum zamanı bir xəstəxana da zərər görüb. Lisak, Synelnykivski rayonuna edilən hücum nəticəsində daha bir nəfərin həyatını itirdiyini və çoxsaylı yaralıların olduğunu qeyd edib. AFP agentliyinin məlumatına görə, bazar ertəsi gecəsi Velykomıxaylivska kəndində baş verən hücum zamanı 75 yaşlı bir qadın həlak olub, 68 yaşlı bir kişi yaralanıb, bir yaşayış evi isə dağılıb.

Hadisə ilə bağlı araşdırmalar davam edir.

Seçilən
0
1news.az

1Mənbələr