AZ

Tramp bu məsələdə də İranı günahlandırdı

ABŞ prezidenti Donald Tramp İranın HƏMAS-a siqnallar göndərməklə son atəşkəs danışıqlarına müdaxilə etdiyini bildirib.

"Unikal" xəbər verir ki, onun sözlərini CNN telekanalı sitat gətirib.

Tramp Böyük Britaniyanın baş naziri Key Starmerlə görüşü zamanı İranı Qəzza zolağında müharibəyə son qoymaq üçün aparılan danışıqlara müdaxilə etməkdə ittiham edib.

"İran pis siqnallar göndərir, sizə deyirəm. Yenicə dağıdılmış bir ölkə üçün çox pis siqnallar, çox xoşagəlməz siqnallar göndərirlər. Onlar bunu etməməlidirlər", -  ABŞ dövlət başçısı bildirib.

O, İran xarici işlər nazirinin bu yaxınlarda televiziya proqramında çıxışına da toxunub.

"Və düşünürəm ki, onlar HƏMAS-a siqnallar və əmrlər verməklə həmin danışıqlara müdaxilə ediblər. Bu da pisdir. Bu, çox pisdir", - Tramp ifadə edib. 

Gülayə Mecid

 

Seçilən
6
50
unikal.az

10Mənbələr