AZ

Rusiya Zaporoje həbsxanasını vurdu, 16 nəfər həlak olub

İyulun 29-na keçən gecə Rusiya ordusu Ukraynanın Zaporoje vilayətindəki cəzaçəkmə müəssisəsinə zərbə endirib, nəticədə 16 nəfər ölüb, 35 nəfər yaralanıb. Bu barədə Zaporoje Regional Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov məlumat verib.

Onun sözlərinə görə, bölgəyə 8 hava zərbəsi endirilib.

Ehtimal olunur ki, FAB tipli aviasiya bombaları istifadə olunub. Həbsxana binası dağılıb, yaxınlıqdakı yaşayış evləri də ziyan görüb.

Dnepropetrovsk vilayətinin rəhbəri Sergey Lısak isə bildirib ki, Kamenskoye şəhəri raketlə vurulub. Nəticədə iki nəfər ölüb, beş nəfər yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır, onlardan biri hamilə qadındır. Ətrafdakı tibb müəssisələri – doğum evi və şəhər xəstəxanası da zərər görüb.

N.Təbrizli

Seçilən
11
anews.az

1Mənbələr