ain.az, Qaynarinfo portalına istinadən məlumat yayır.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsi ölkəmizdə pərakəndə ticarətin inkişafına və müştəri xidmətlərinin keyfiyyətinin artırılmasına böyük önəm verir. Bu ildən etibarən "OBA” marketlər şəbəkəsi logistika sahəsində aparılan yeniliklərin bir hissəsi kimi 9000 ədəd rollkeyç (R/C) alaraq bu sahəyə 2 milyon AZN-dən çox investisiya yatırıb.
Qeyd olunan addımla investisiya yatırılan alətlər vasitəsilə məhsul qəbul prosesləri daha da asanlaşdırılır və şəbəkə əməkdaşlarının iş yükünü azaldır. Rollkeyçlərin istifadəsi ilə məhsulların qəbulu daha sürətli və effektiv həyata keçirilir, əməkdaşların ağır yük daşıması azaldılır, nəticədə onların iş şəraitini daha təhlükəsiz və rahat edir.
Bu təşəbbüs "OBA” marketlər şəbəkəsinin insan əməyinə və əməkdaşlarına verdiyi dəyərin real göstəricisi kimi qiymətləndirilir. Şirkət işçilərinin rifahını və təhlükəsizliyini prioritet hesab edir və onların iş şəraitini yaxşılaşdırmaq üçün davamlı olaraq investisiyalar edir. Eyni zamanda bu alətdən istifadə zamanı tədarük edilən məhsulun anbardan mağazaya qədər keyfiyyət standartlarının qorunması, məhsulun zədələnmədən ünvana çatdırılması və müştərilərimizin ixtiyarına verilməsi təmin olunur.
Xatırladaq ki, "OBA” marketlər şəbəkəsi dünyanın aparıcı şirkətlərini birləşdirən və pərakəndə ticarət sahəsində innovasiyaların müzakirə olunduğu "The Consumer Goods Forum” təşkilatının üzvüdür. Bu üzvlük şirkətin qlobal təcrübələri ölkəmizə gətirməsinə və beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsinə yaradır.
2016-cı ildən fəaliyyət göstərən "OBA Market” MMC hazırda ölkənin dörd bir yanında 10 000-dən çox əməkdaşı ilə milyonlarla vətəndaşa xidmət göstərməyə davam edir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.