Serbiya prezidenti Aleksandar Vucic çox çətin vəziyyətdədir və onun hökuməti sözün əsl mənasında "ipdən asılıb".
Publika.az xəbər verir ki, bu fikri TASS-a müsahibəsində Avstriyanın keçmiş xarici işlər naziri, Sankt-Peterburq Dövlət Universitetinin GORKl Mərkəzinin rəhbəri Karin Knaysl söyləyib.
"Bir neçə həftə əvvəl eskalasiya baş verdi və görüntülərdən və mediada yayılan məlumatlardan belə görünürdü ki, Vuçiç hökumətinin mövqeyi bir ipdən asılıb", - Knaysl deyib.
"Belqraddakı hazırkı vəziyyət mənə olduqca mürəkkəb görünür" deyə etiraf edən Karin “Vuçiç ona qarşı hazırlanan çevrilişlə bağlı dramatik bəyanatlar verir və sonra Brüsselə qarşı barışdırıcı bir ton nümayiş etdirən bəyanatla çıxış edir” deyib.
“Bunu təhlil etmək mənim üçün kənardan daha asan ola bilər, amma Vuçiçi qınamaq istəmirəm: o, şübhəsiz ki, son dərəcə çətin vəziyyətə düşüb. Lakin təəssüf ki, mən ondan aydın siyasi kurs görmürəm”, - keçmiş nazir qeyd edib.