ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Tszinpinlə sammit keçirməyə xüsusi maraq göstərmədiyini bəyan edib. O, yalnız Çin liderinin dəvəti olacağı halda səfərə açıq olduğunu bildirib.
News24.az xəbər verir ki, “Mən Çinə gedə bilərəm, ancaq Sədr Si-nin dəvəti ilə uzadılıb. Əks halda, məni maraqlandırmır!” — Tramp bu sözləri Truth Social platformasında yazıb.
Trampın açıqlaması ABŞ və Çin arasında ticarət və təhlükəsizlik sahəsində gərginliyin artdığı bir vaxta təsadüf edir. Əgər görüş baş tutarsa, bu, Trampın prezidentlikdə ikinci dönəminə başlamasından sonra iki lider arasında ilk üz-üzə görüş olacaq.
Sammitin konkret detalları hələ müəyyənləşməyib. İki ölkə arasında hazırda müxtəlif ssenarilər müzakirə olunur. Mümkün variantlar arasında Trampın Cənubi Koreyaya səfəri və orada Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısı çərçivəsində Xi ilə görüşməsi, yaxud 30 oktyabr–1 noyabr tarixlərində keçiriləcək sammitdə bir araya gəlməsi yer alır.
Analitiklərin fikrincə, bu həftə Stokholmda baş tutacaq ABŞ-Çin ticarət danışıqlarının üçüncü raundu payızda keçirilə biləcək liderlər görüşünün zəmini ola bilər. Bununla belə, tariflər və ixrac nəzarəti ilə bağlı davam edən gərginlik sammit planlarına təsir edə bilər.
Xeyrənsə Piriyeva