Dogru.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Skandinaviya Erməniləri İttifaqı Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyəti dövründə ölkədə avtoritar meyllərin artdığını bəyan edib.
Doğru.az xəbər verir ki, ittifaqın nümayəndəsi RIA Novosti-yə açıqlamasında tanınmış erməni xeyriyyəçisi və iş adamı Samvel Karapetyanın siyasi motivli və əsassız ittihamlarla həbs olunmasından narahatlıqlarını ifadə edib.
“Onun qanunsuz həbsi Paşinyanın artan avtoritarlığının və müxalif fikrə qarşı qorxusunun nümunəsidir. Karapetyana qarşı iş sadəcə gülməli və əsassız deyil, həm də cəmiyyətin susdurulması cəhdidir. Bu, 2026-cı il seçkiləri ərəfəsində xüsusilə narahatedicidir”, – deyə bəyanatda bildirilib.
Skandinaviya erməniləri həmçinin Erməni Apostol Kilsəsinə qarşı artan təzyiqlərdən də narahat olduqlarını vurğulayıblar.
DOĞRU.AZ
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.