AZ

Balakən “ASAN xidmət”ə 712 min müraciət – FOTO

Balakən regional “ASAN xidmət” mərkəzi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 29 iyul 2020-ci ildə açılıb və 17 avqust tarixindən etibarən fəaliyyətə başlayıb.

Doğru.az xəbər verir ki, mərkəz Balakən, Zaqatala və Qax rayonları ilə yanaşı, ölkə üzrə bütün vətəndaşlara ərazi məhdudiyyəti olmadan xidmət göstərir. Burada dövlət qurumları və özəl müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət təqdim olunur.

Fəaliyyəti dövründə Balakən “ASAN xidmət” mərkəzinə 712 minə yaxın vətəndaş müraciəti qeydə alınıb. Mərkəzdə vətəndaşların rahatlığı üçün “ASAN kafe” və uşaqlar üçün əyləncə guşəsi də fəaliyyət göstərir.

Qeyd edək ki, mərkəzdə bu günədək 400-ə yaxın könüllü fəaliyyət göstərərək məzun olub.

Hazırda ölkə üzrə 28 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi 99,9 faiz təşkil edir.

DOĞRU.AZ

image-img-20250729-wa0018 image-img-20250729-wa0019 image-img-20250729-wa0020 image-img-20250729-wa0021 image-img-20250729-wa0022

Seçilən
0
1
dogru.az

10Mənbələr