AZ

"Əməliyyatxanalardan video çəkib paylaşmaq olmaz"- Həkimdən ETİRAZ

Son zamanlar cərrahiyyə otaqlarından video çəkib paylaşmaq dəb halını alıb. Bəzi həkimlər, blogerlər bununla özlərinə daha çox müştəri və izləyici toplamaq istəyir.

Bəs bu cür addımlar nə qədər etik və doğrudur?

Sualı cavablandıran pediatr Vaqif Qarayev News365.az-a açıqlamasında bildirib ki, əməliyyatxanalardan video çəkib paylaşmaq olmaz:

“Təxminən 10 il öncə peşəkarlığına hörmət etdiyim bir jurnalist soruşmuşdu ki, cərrahi əməliyyatı canlı çəkib sosial şəbəkələrdə paylaşmaq düzgündürmü? Cavabım qısa olmuşdu.Yox! Onda belə görüntüləri çox az adam paylaşırdı...indi hamı paylaşır. İndi də eyni fikirdəyəm. Belə görüntüləri publik auditoriyada yox, yalnız peşəkarlar üçün paylaşmaq olar.

Cərrah dostlarım inciməsin, İTS işə düşməzdən əvvəl özünüreklam üçün bu paylaşımlara bəlkə ehtiyac vardı. İndi xəstə ziyarəti problemi yoxdur axı... Sığorta pasiyentləri özü "göndərir" cərrah qəbuluna. Etik baxımdan da düzgün hesab etmirəm.  İzləyicilərin emosional və psixoloji durumu mütləq nəzərə alınmalıdır. Elə adam var bir damcı qan görən kimi özündən gedir. Maləsəf, peşəkar fəaliyyəti şouya çevirmək düzgün deyil”.

News365.az

Seçilən
0
news365.az

1Mənbələr