ABŞ Prezidenti Donald Tramp İranı HƏMAS-a siqnallar göndərməklə son atəşkəs danışıqlarına müdaxilə etməkdə ittiham edib.
Operativ Media xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Ağ Ev rəhbəri Böyük Britaniyanın Baş naziri Keir Starmerlə görüşü zamanı İranı Qəzza zolağında müharibəyə son qoymaq məqsədilə aparılan danışıqlara müdaxilə etməkdə günahlandırıb.
"İran pis siqnallar göndərir, sizə deyirəm. Yeni dağıdılmış bir ölkə üçün çox pis, çox xoşagəlməz siqnallar göndərirlər. Və bunu etməməlidirlər", – deyə dövlət başçısı bildirib.
Tramp, həmçinin İranın xarici işlər nazirinin bu yaxınlarda televiziya proqramında səsləndirdiyi fikirlərə də toxunub.
"Düşünürəm ki, onlar HƏMAS-a siqnallar və əmrlər göndərməklə bu danışıqlara müdaxilə ediblər. Bu isə pisdir. Bu, çox pisdir", – deyə ABŞ Prezidenti qeyd edib.