AZ

Azərbaycanda ifşa olunan Rusiya şəbəkəsinin yeni üzvləri

Məlum olduğu kimi, iyulun 24-ü Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edilib. Bununla bağlı Rusiya Baş naziri Mixail Mişustin Sərəncam imzalayıb.

Publika.az xəbər verir ki, “Day.az” informasiya portalında Qusmanın vəzifəsindən azad olunmasının səbəbləri ilə bağlı məqalə dərc olunub.

Bildirilib ki, M.Qusmanın III Şuşa Qlobal Media forumunda Azərbaycan Prezidenti İlham Əliyevə verdiyi sual Rusiya elitasında qıcıq yaradıb: “Rusiya Prezident Administrasiyası rəhbərinin media və ictimaiyyətlə əlaqələrə nəzarət edən birinci müavini Aleksey Qromov onun haqqında kəskin danışıb. Bundan əlavə, TASS-ın baş direktoru Andrey Kondraşov da Qusmana öz narazılığını bildirib”.

Məqalədə, həmçinin Rusiya hakimiyyətində anti-Azərbaycan əhval-ruhiyyəsinin artmasından da bəhs olunub. Bununla yanaşı, Azərbaycanda vəzifədən uzaqlaşdırılan Rusiya təsir şəbəkəsinə də toxunulub.

Yazıda həmin şəbəkənin üzvü olmuş bir neçə şəxsin adı da açıqlanıb. Vurğulanıb ki, 2020-ci ildə Vətən müharibəsi ərəfəsində Rusiyanın ölkədəki təsir dairəsinə qarşı ciddi zərbələr endirildi və şəbəkənin rəhbəri olan Ramiz Mehdiyev, eləcə də ordudakı uzantısının rəhbəri Nəcməddin Sadıkov vəzifədən kənarlaşdırılıdı. Həmin dövr ərzində Əli Həsənov, Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Oktay Əsədov, Azad Rəhimov, Eldar Mahmudov oxşar aqibətlə üzləşdi.

Bu yerdə Milli Məclisin sabiq sədri Oqtay Əsədovun adı da diqqət çəkir. Onun Rusiya şəbəkəsi ilə əlaqələri barədə daha əvvəl hər hansı məlumat ictimailəşməmişdi.

Seçilən
3
24
publika.az

10Mənbələr