Almaniya 2029-cu ilə qədər hərbi büdcəsini demək olar ki, iki dəfə artırmağı planlaşdırır.
Herbiand.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Məlumata görə, Berlinin 2029-cu ildə hərbi xərclər üçün 162 milyard avro ayıracağı gözlənilir.Bundan başqa, Berlin Ukraynaya dəstək üçün hər il 9 milyard xərcləməyi gözləyir.
Almaniya hökuməti müdafiə xərclərini 2025-ci ildəki 62,4 milyard avrodan (Bundesverin xüsusi fondu istisna olmaqla) 2029-cu ildə 152,8 milyard avroya qədər mərhələli şəkildə artırmaq niyyətində idi. Bu rəqəmlərin artması borc əyləcinin ləğvindən və Almaniyanın yeni Əsas Qanununun mart koalisiyasında müvafiq düzəlişdən sonra mümkün olub. Bloomberg qeyd edir ki, bu cür planlar NATO ölkələrinin 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 3,5%-nə çatdırmaq məqsədini qabaqlayır.