AZ

Harvard Ağ Evlə razılaşma üçün 500 milyon dollar ödəməyə hazırdır

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Harvard Universiteti Ağ Evlə yaranmış mübahisəni həll etmək məqsədilə 500 milyon dollar ödəməyə hazır olduğunu bəyan edib.

Doğru.az xəbər verir ki, bu barədə The New York Times qəzeti məlumat yayıb. Nəşr Harvardın federal hökumətə birbaşa ödəniş etməyə “istəksiz” olduğunu bildirən mənbələrə istinad edib.

Məlumata görə, hazırda tərəflər dəqiq maliyyə şərtləri üzərində danışıqları davam etdirir.

Qeyd edək ki, iyun ayında The Wall Street Journal Ağ Evin Harvard Universitetinin maliyyəsini tamamilə kəsməklə hədələdiyini yazmışdı.

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
dogru.az

2Mənbələr