NATO Kalininqrad vilayətinə qarşı təxribata hazırlaşır.
Publika.az xəbər verir ki, bunu Almaniyanın Konstitusiya və Suverenlik Şurasının rəhbəri Ralf Nimeyer deyib.
O, NATO-nun yaxın həftələrdə belə bir ssenariyə əl ata biləcəyini vurğulayıb. Onun sözlərinə görə, təxribata səbəb kimi “Rusiya xüsusi xidmət orqanlarının hərəkətləri” səbəbindən regiondan gələn GPS siqnallarına müdaxilə ola bilər.
"Bu, təxribat törətmək üçün istifadə oluna bilər. Təxribat iki istiqamətdən - dənizdən və ya Suvalki dəhlizindən baş verə bilər", - Nimeyer qeyd edib.