Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək yol hərəkəti zamanı daha diqqətli və məsuliyyətli davranmağa çağırıb.
Doğru.az xəbər verir ki, İdarənin yaydığı məlumatda yol-nəqliyyat hadisələrinin səbəblərindən birinin sükan arxasında uyğun olmayan geyim və xüsusilə də ayaqqabılardan istifadə olduğu qeyd olunur.
Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən və elastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarəti çətinləşdirir, bu isə qəza riskini artırır. Bu cür halların əsasən xanım sürücülər arasında müşahidə edildiyi vurğulanıb.
Baş Dövlət Yol Polisi İdarəsi bütün sürücüləri məsuliyyətli davranmağa və təhlükəsizlik qaydalarına ciddi riayət etməyə səsləyib:
“Təhlükəsizliyinizi düşünün – özünüzü və digərlərini qoruyun!”
DOĞRU.AZ