AZ

DYP-dən qəza riskinin artması ilə bağlı sürücülərə MÜRACİƏT

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Trend xəbərverir ki, müraciətdə bildirilib:

“Yol hərəkətində təhlükəsizliyin təmin olunması hər birimiz üçünvacibdir. Avtomobil idarə etmək yalnız texniki bacarıq deyil, eynizamanda maksimum diqqət və məsuliyyət tələb edir.

Aparılan müşahidələr göstərir ki, bəzi yol-nəqliyyathadisələrinin baş verməsinə səbəb olan amillərdən biri dəsürücülərin sükan arxasında uyğun olmayan geyimlərdən, xüsusilə dəayaqqabılardan istifadə etməsidir.

Nazik və yüksək dabanlı, topuqlu, arxası açıq, sürüşkən vəelastik altlıqlı ayaqqabılar pedallar üzərində nəzarətiçətinləşdirir, ayağın sürüşməsinə və pedalın vaxtında, düzgünsıxılmamasına səbəb olur ki, bu da qəza riskini artırır”.

Müraciətdə qeyd edilib ki, bu kimi hallar daha çox xanımsürücülər arasında müşahidə olunur.

“Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri diqqətliolmağa, özlərinin və digər yol hərəkəti iştirakçılarınıntəhlükəsizliyi naminə məsuliyyətli davranmağa çağırır.

Təhlükəsizliyinizi düşünün, özünüzü və digərlərini qoruyun”, -deyə müraciətdə vurğulanıb.

Seçilən
11
49
az.trend.az

10Mənbələr