Bakı. Trend:
2025-ci ilin avqust ayı üçün RBP platformasında keçirilmişhərracın nəticələrinə əsasən, Transbalkan qaz dəhlizinin ötürücülükqabiliyyətinin 20 faizi bron edilib.
Trend bu barədəUkraynanın Energetika nazirliyinə istinadən xəbər verir.
“Xatırladaq ki, Ukrayna Energetika Nazirliyinin səylərinəticəsində bu marşrut – Yunanıstan, Bolqarıstan, Rumıniya vəMoldova üzərindən – Ukraynaya təbii qaz idxalı üçün imkanyaradılıb. Nazirliyin Ukraynanın Qaz Nəqli Sistemi Operatoru iləbirgə təşəbbüsü çərçivəsində həyata keçirilmiş yeni birgə ötürməgücü bronlama məhsulu Transbalkan dəhlizi üzrə nəql xərclərini 25faiz azaltmağa imkan verib. Bu isə, öz növbəsində, tədarükmənbələrinin şaxələndirilməsi və Ukraynanın yeraltı qazanbarlarından daha səmərəli istifadə üçün əlavə imkanlar yaradıb”,– qurumun məlumatında bildirilir.
Ukraynanın Energetika naziri Svetlana Qrinçukun sözlərinə görə,Transbalkan dəhlizi marşrutu Ukraynanın cənub istiqamətliresurslara çıxış imkanlarını genişləndirir və qazı yeni ixracatçıölkələrdən almağa şərait yaradır: “Bundan əlavə, bu marşrut Avropatreyderləri üçün bizim yeraltı qaz anbarlarımızdan istifadəbaxımından cəlbedici imkanlar yaradır”.
Qurumun məlumatına görə, Transbalkan istiqaməti üzrə ötürücülükgücünün bronlanmasına çıxış 2025-ci ilin iyun ayından mümkün olubvə artıq bu gün bazar iştirakçıları tərəfindən bu istiqamətəmarağın davamlı artımı müşahidə olunur.
“2024-cü ilin sonuna qədər gündəlik 7 milyon kubmetr həcmindəzəmanətli güc səviyyəsi müəyyən olunub. Hazırda bu gücün 2025-ciildə gündəlik 11,5 milyon kubmetrə çatdırılması məsələsi üzərindəiş aparılır”, – nazirliyin məlumatında qeyd olunur.
Xatırladaq ki, Ukrayna Transbalkan marşrutu vasitəsilə ilk dəfəAzərbaycan qazının idxalına başlayıb.
Belə ki, “Naftoqaz” şirkətlər qrupu SOCAR Qrupuna daxil olan“SOCAR Energy Ukrain”e şirkəti ilə Azərbaycan təbii qazınınalınmasına dair ilk müqaviləni imzalayıb.
Qaz Transbalkan marşrutu üzrə – Bolqarıstan-Rumıniya-Ukraynadəhlizi ilə – sınaq rejimində tədarük olunur.
“Tədarük həcmi böyük olmasa da, bu, uzunmüddətli əməkdaşlığa yolaçan strateji əhəmiyyətli bir addımdır. Bu həmçinin, təchizatmənbələrinin şaxələndirilməsinin və Ukraynanın enerjitəhlükəsizliyinin gücləndirilməsinin növbəti nümunəsidir”, –“Naftoqaz”ın baş direktoru Sergey Koretski bildirib.
Öz növbəsində “SOCAR Energy Ukraine”dan bildirilir ki, 24 iyul2025-ci ildə “Naftoqaz” şirkətlər qrupu ilə sınaq qaz tədarüklərihaqda saziş imzalanıb.
“Qaz Ukraynaya Bolqarıstandan nəql olunacaq. Qeyd etmək lazımdırki, tarixdə ilk dəfə olaraq Azərbaycan mənşəli qaz Ukraynaya nəqlolunacaq”, - deyə şirkətdən bildiriblər.