525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının Sədri Dmitri Medvedev ABŞ prezidenti Donald Trampın Ukrayna müharibəsi ilə bağlı verdiyi açıqlamaya sərt reaksiya göstərib.
525.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ lideri müharibəni sonlandırmaqla bağlı “Bu gündən etibarən təxminən 10-12 günlük yeni müddət verəcəm” deyib.
Buna cavab olaraq Medvedev bildirib ki, Tramp Rusiya ilə ultimatum oyunu oynayır: “50 gün, ya da 10 gün. O, iki şeyi xatırlamalıdır. Rusiya İsrail, ya da İran deyil. Hər yeni ultimatum bir təhdid və savaşa doğru atılan bir addımdır. Rusiya ilə Ukrayna arasında deyil, öz ölkəsi ilə. Baydenin yolu ilə getməyin”.
İbrahim Cəfərov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.