AZ

Yardım dayana bilər – Aİ Ukraynaya son xəbərdarlığını göndərdi

Yardım

Avropa Komissiyası Kiyevə maliyyə dəstəyinin tamamilə dayandırılması ilə bağlı xəbərdarlıq göndərib. Bu barədə Frankfurter Allgemeine Zeitung məlumat yayıb.Ukrayna Ali Radasının deputatı və keçmiş Avropa məsələləri üzrə vitse-premyer İvanna Klimpuş-Tsintsadze nəşrə bildirib ki, belə bir xəbərdarlıq həqiqətən də Avropa İttifaqından daxil olub.Onun sözlərinə görə, sənəddə qeyd olunur ki, “əgər antikorrupsiya orqanları ilə bağlı vəziyyət öz həllini tapmasa, Aİ-nin maliyyə yardımı dondurulacaq”. Söhbət yardımın yalnız bir hissəsindən deyil, tam ödənişdən gedir.Həmçinin Avropa Komissiyası məktubunda qeyd edib ki, “antikorrupsiya orqanlarında rus təsiri görmür” və bu məsələni repressiyalar üçün bəhanə hesab edir.Ulusum.az

Diqqət Çəkənlər

Şaolin baş keşişinin sirləri: Qanun pozuntuları və gizli həyat ifşa olundu

Melaniya Tramp ictimai tədbirlərdən uzaq düşdü: Ekspertlər tənqid edir

28 İyul – Ümumdünya Hepatitlə Mübarizə Günü

Seçilən
0
ulusum.az

1Mənbələr