AZ

Dəhşətli qəza : 8 nəfər yaralanıb

Ajans.az xəbər verir ki, qəza saat 06:00 radələrində Maltepe Altayçeşme məhəlləsi, Atatürk prospektində baş verib. İddiaya görə, hava limanına işçi aparan 34 LCB 031 dövlət nömrə nişanlı servis avtobusu, sürücünün halının pisləşməsi səbəbilə yoldan çıxaraq dərəyə aşıb. Qəza nəticəsində sürücü də daxil olmaqla 8 nəfər yaralanıb. Hadisə barədə məlumat verildikdən sonra əraziyə yanğınsöndürənlər, polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Təcili tibbi yardım əməkdaşları yaralılara hadisə yerində ilkin yardım göstərdikdən sonra onları xəstəxanaya aparıblar. Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

Seçilən
7
Ajans.az

1Mənbələr