AZ

Pepi dəqiq təsvir edən dostlarından biri ona deyib ki…

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola işində üzləşdiyi çətinliklərdən danışıb.

Publika.az xəbər verir ki, Pepin sözlərini GQ sitat gətirib.

“Olduqca çox iş var. Xüsusilə də işlər yaxşı getmirsə. İşlər pis gedirsə, gecələr çətinləşir, təzyiq günü-gündən artır. Məşqçinin işi – mən təkcə özüm haqqında deyil, bütün həmkarlarım haqqında danışıram, gecə-gündüz olmalıdır, əks halda öhdəsindən gələ bilməyəcəksiniz. Çiyinlərinizdəki təzyiq çox böyükdür və sizə ilk növbədə hər şeyə obyektiv baxmaq üçün kömək əli uzadacaq insanlar lazımdır.

Bu qədər enişli-yoxuşlu vəziyyətdə sabitliyə can atmalısan, bütün bunların içində boğulursan… Məni çox dəqiq təsvir edən dostlarımdan biri bir dəfə mənə dedi ki, mənim üç halım var: eyforiya, depressiya və apatiya. Bunlar mənim üç vəziyyətimdir. Ona görə də əsas odur ki, onların arasında ortada qalmağa çalışmaq lazımdır”, – Pep deyib.

Seçilən
0
publika.az

1Mənbələr