AZ

“Nvidia”nın bazar dəyəri tarixdə ilk dəfə $4.3 trilyonu keçib

28 iyul 2025-ci il tarixinə olan məlumata görə, “Nvidia”nın bazar kapitallaşması 4.3 trilyon dolları ötərək bütün zamanların ən yüksək səviyyəsinə çatıb. Bu, Amerika fond indeksləri olan “S&P 500” və “Nasdaq”da artım fonunda baş verib.

“Nvidia”nın dəyəri süni intellekt sahəsindəki sürətli irəliləyişlər səbəbindən artır. Belə ki, şirkətin yüksək performanslı çipləri bu texnoloji inkişafın mərkəzində dayanır.

Dünyanın ən dəyərli 10 şirkəti reytinqində həmçinin “Microsoft” (3.8 trilyon dollar), “Apple” (3.1 trilyon dollar), “Amazon” (2.4 trilyon dollar), “Alphabet” (2.2 trilyon dollar), “Meta” (1.8 trilyon dollar), “Saudi Aramco” (1.6 trilyon dollar), “Broadcom” (1.3 trilyon dollar), TSMC (1.2 trilyon dollar) və “Tesla” (1.1 trilyon dollar) yer alır.

Seçilən
13
banker.az

1Mənbələr