AZ

Fransanın nüvə sirləri oğurlandı

Fransız hərbi gəmiqayırma nəhəngi Naval Group-un sistemləri sındırıldı, 13 GB-lıq məxfi məlumatlar ifşa edildi...

Fransanın nüvə hərbi sənayesinə aid kritik məlumatlar haker hücumuna məruz qalıb.

Poliqon xəbər verir ki, məlumatı France3 telekanalı yayıb.

"Neferpitou" ləqəbli haker tərəfindən həyata keçirilən kiberhücum nəticəsində Fransanın aparıcı gəmiqayırma şirkəti olan Naval Groupun sistemləri sındırılıb və 13 GB həcmində məxfi sənədlər ictimaiyyətə sızdırılıb. 

İnformasiyalara aşağıdakılar daxildir:

Fregat və sualtı qayıqların döyüş sistemlərinin ilkin proqram kodları,

Silah sistemlərinin idarəetmə proqram təminatı,

Şəbəkə sxemləri və simulyasiya mühitləri,

İstifadəçi təlimatları və texniki sənədlər.

Fransız kibercinayətkarlıq üzrə mütəxəssisi Klemant Domiqo məlumatların həqiqiliyini təsdiqləyib. Mütəxəssislər bunun milli təhlükəsizlik üçün ciddi təhdid olduğunu və məlumatların düşmən dövlətlərin əlinə keçəcəyi təqdirdə Fransa üçün ağır nəticələr doğura biləcəyini bildirirlər.

Mütəxəssislər eyni zamanda bildirirlər ki, sızan məlumatlar arasında nüvə texnologiyalarına dair xüsusi sənədlər də var. Həmçinin sızdırılmış məlumatlar Fransa ordusunun strateji dəniz qüvvələrinin texnoloji strukturu barədə dərin bilgilər verir.

Hadisə NATO və Aİ daxilində də narahatlıq yaradıb. Fransa hökuməti məsələ ilə bağlı təcili araşdırmalara başlayıb və təhlükəsizlik protokollarının yenilənəcəyi gözlənilir.

Poliqon.info

Seçilən
1
50
poliqon.info

10Mənbələr