AZ

Bəxtiyar Zaynutdinov “Beşiktaş”ı “Dinamo”ya dəyişdi

Türkiyənin “Beşiktaş” klubunun müdafiəçisi Bəxtiyar Zaynutdinov bundan sonrakı karyerasını Rusiya Premyer Liqasında davam etdirəcək.

Arena.az xəbər verir ki, qazaxıstanlı futbolçu Moskva “Dinamo”suna keçib.

Bu barədə Rusiya klubunun mətbuat xidməti məlumat yayıb. “Dinamo” Zaynutdinov üçün “Beşiktaş”a 2,8 milyon avro təzminat ödəyib. 27 yaşlı sol cinah müdafiəçisi ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulmuş 4 illik müqavilə imzalanıb.

Xatırladaq ki, “Beşiktaş” Zaynutdinovu 2023-cü ilin yayında Moskva ÇSKA-sından 4,5 milyon avro müqabilində transfer etmişdi. Qazaxıstan millisinin üzvü ötən mövsüm “qara qartallar”ın heyətində meydana çıxdığı 12 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb. Zaynutdinovun “Beşiktaş” karyerası bütövlükdə 49 oyun, 1 qol və 1 assistdən ibarətdir.

Bəxtiyar Zaynutdinov Qazaxıstanın “Taraz” klubunun yetirməsidir. O, bir müddət ölkəsinin “Astana” klubunun da formasını geyindikdən sonra 2019-cu ildə Rusiya “Rostov”una keçib. Məhz bu komandadakı çıxışı sayəsində yarımmüdafiəçi 2020-ci ilin avqust ayında 2 milyon avro qarşılığında Moskva ÇSKA-sına transfer edilib.

Zaynutdinov 2018-ci ilin mart ayında debüt etdiyi Qazaxıstan yığmasının heyətində 42 oyun keçirib, 14 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Seçilən
1
arena.az

1Mənbələr