Bir müddət əvvəl təmir edilən yolda çökmə baş verib.
Bizim.Media xəbər verir ki, söhbət Xətai rayonu, 8 Noyabr prospektindən gedir.
Ərazidən istifadə edən sürücülər mövcud vəziyyət səbəbindən həmin yerdə sürəti azaltmalı olurlar. Yola elə də bələd olmayan sürücülər isə gəldikləri sürətlə davam edirlər. Bu isə xüsusən gecə saatlarında təhlükəli vəziyyət yaradır.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyindən “Xəzər Xəbər”ə bildirilib ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanacaq.
Qeyd edək ki, sözügedən ərazidə bir müddət əvvəl də çökmə baş vermişdi.
Daha ətraflı süjetdə:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta