AZ

Urmu gölünün qurudulması davam etdirilir RƏY

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Molla rejimini yalnız güneyli soydaşlarımızın etirazları və dünya birliyinin ciddi təzyiqləri dayandıra bilər

Urmiya gölünün bərpası mümkün olmayacaq. Bunu Qərbi Azərbaycan vilayəti Ətraf Mühitin Mühafizəsi İdarəsinin baş direktoru Höccət Cabbari bildirib. Onun sözlərinə görə, kənd təsərrüfatı sektorunda su ehtiyatlarının idarə olunması, aqrar təşkilatlar tərəfindən suyun toplanması eyni şəkildə qalarsa, quruma prosesi davam edəcək. Agentliyin müşahidəsinə əsasən, Urmiya gölünün şimal və cənub hissəsi yox olmaq üzrədir və onun dirçəlişinə ümidlər gündən-günə azalır. Bildirilib ki, yağıntıların kəskin azalması, buxarlanmanın artması, bağların və kənd təsərrüfatı torpaqlarının inkişafının davam etməsi, Urmiya gölünün bərpası üzrə Komitənin qərarlarının yerinə yetirilməməsi bir çox mütəxəssisləri onun bərpasının mümkün olmayacağı qənaətinə gətirib: “Ən yaxşı halda o, bizim mövsümi gölümüz olacaq, yalnız toz fırtınalarının qarşısını alan su hövzəsi kimi dibi nəm qalacaq”. İnformasiyaya əsasən, Urmiya gölü yayın sonuna qədər tamamilə quruyacaq, qışda şərait yaxşılaşa bilər. 

Siyasi şərhçi Bəybala Mirzəyev Sherg.az-a deyib ki, Güney Azərbaycan türklərinin ən ağrılı məsələlərindən biri Urmu gölünün qurudulmasının davam etməsidir. Ekspert vurğulayıb ki, Urmu gölünün bərpası ilə bağlı Yaponiya və İran hökuməti arasında 2024-cü ilin oktyabr ayının əvvəlində razılaşma imzalanıb: 

Seçilən
10
sherg.az

1Mənbələr