AZ

Caka İngiltərəyə qayıdır

futbolpress-az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Bayer”in futbolçusu Qranit Caka karyerasını İngiltərədə davam etdirəcək.

Futbolpress.az xəbər verir ki, isveçrəli yarımmüdafiəçi “Sanderlend”lə razılaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

Premyer Liqa təmsilçisi Caka üçün 20 milyon avro ödəyəcək.

32 yaşlı futbolçu daha əvvəl İngiltərədə “Arsenal”da forma geyinib. O, bu komanda ilə 297 oyunda 23 qol vurub, 29 məhsuldar ötürmə edib.

Caka ötən mövsümdə “Bayer”də 49 oyuna 2 qol, 7 assistlə yadda qalıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
futbolpress.az

2Mənbələr